“Bank Technique” VISA kart sahiblərinə imtiyazlar təklif edir | Banco.az

“Bank Technique” VISA kart sahiblərinə imtiyazlar təklif edir

“Bank Technique” və VISA ödəmə sistemi premium kart sahiblərinə 50%-dək endirimli yeni imtiyazlardan faydalanmağı təklif edir.

Belə ki, Bankın VISA Gold kartı sahibləri 2013-cü ilin sonuna qədər “Faro” qızıl və gümüş məmulatları mağazasında, “Park Cinema” kinoteatrında, “Lilac” gül butikində, “МegaSun” şirkətində, “Segafredo Zanetti” kafesində və “Bakıtur” turizm agentliyində endirimlər eldə edirlər.

Bankın VISA Platinum kartı sahibləri ilin sonuna qədər "Sumakh" və “O`ra Lounge” restoranlarında, “Sea Breeze” otelində, “Ant Hill” zərgərlik butikində, “Elite Travel” turizm şirkətində və “Game Center” əyləncə və istirahət mərkəzində endirimlərdən faydalana biləcəklər.

Bankın VISA Infinite kartı sahiblərini isə ilin sonuna qədər “Opera Lounge” restoranında, “Vitrage” qızıl məmulatları mağazasında,“Lilac” gül butikində, “Teatro Boutique” otelində, “Segafredo Zanetti” kafesində və “STI Travel” şirkətində endirimlər gözləyir.

Qeyd edilən bütün növ imtiyazlardan faydalanmaq üçün ödənişi VISA premium kartları vasitəsi ilə həyata keçirmək kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, “Bank Technique”in premium kart sahibləri bir sıra digər xidmətlərdən istifadə etdikdə üstünlüklər qazana bilərlər. Bu barədə daha ətraflı məlumatı http://www.visapremium.com saytından əldə etmək mümkündür.

Məlumat üçün:

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in 32 filial və 8 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.