Müəllif:Ayçən İmanova/Banco.az
Koreya Respublikası 2025-ci ildə Ukrayna taxılının üçüncü ölkələrə tədarükünü dəstəkləmək üçün 6 milyon dollar ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, söhbət BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən həyata keçirilən Ukrayna taxılının ixracı təşəbbüsündən gedir.
Koreya Respublikasının Xarici İşlər Nazirliyi qeyd edir ki, dənli bitkilər “Yəmən və Somali kimi ciddi ərzaq çatışmazlığı ilə üzləşən ölkələrə humanitar yardım kimi” verilir.
Cənubi Koreya bu məqsədlər üçün əvvəllər 9 milyon dollar ayırıb, gələn il maliyyələşmə daha 6 milyon dollar təşkil edəcək. Vəsait Ümumdünya Ərzaq Proqramına bağışlanacaq.