Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Ədliyyə Nazirliyi texnologiya nəhəngi “Google”un sahibi olan “Alphabet” korporasiyasından “Chrome” brauzerini satmağı tələb edəcək.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, noyabrın 20-də səlahiyyətlilər təkcə “Chrome”un satışını deyil, həm də Kolumbiya Dairəsinin Federal Məhkəməsinin hakimi Amit Mehtadan məlumatların lisenziyalaşdırılması tələblərini müəyyən etməyi xahiş edəcəklər.
“Bloomberg” mənbələrinə görə, antiinhisar tədbirləri arasında süni intellektlə bağlı addımlar da var. Qeyd olunur ki, rəsmilər “korporasiyanı “Android”i satmağa məcbur edəcək daha sərt variantdan” imtina ediblər.
Ədliyyə Nazirliyi brauzerin satışını tələb etmək istəyir, çünki o, “Google”un axtarış sisteminə daxil olmağın əsas yollarından biridir. “StatCounter” veb-trafik təhlili xidmətinin məlumatına görə, “Chrome” ABŞ-də 61% bazar payına malikdir.
“Google” nümayəndələri hesab edirlər ki, bu cür təşəbbüslər istifadəçilərə və tərtibatçılara zərər verə bilər.