Rubl bu tarixdə devalivasiya ola bilər – AÇIQLAMA | Banco.az

Rubl bu tarixdə devalivasiya ola bilər – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son günlərdə Rusiya rublunun ABŞ dollarına qarşı məzənnəsində əhəmiyyətli dəyişikliklər müşahidə olunur.

Banco.az xəbər verir ki, Bloombergin məlumatına görə, 2024-cü ilin noyabr ayında 1 ABŞ dolları təxminən 100 rubla bərabər olub.

Rusiya Bankı iyun ayında ABŞ-ın qrupa sanksiyalar tətbiq etməsindən sonra Moskva Birjasında dollar və avro ticarətini dayandırdığı üçün rubl məzənnəsini hesablamaq üçün banklararası əməliyyatlardan istifadə edir. Cəza tədbirləri xarici valyuta çatışmazlığını artırıb və Mərkəzi Bankın məlumatlarına görə, rubl son ticarət günündən 9% daha zəifdir. ABŞ-ın qurumlara birjada əməliyyatları dayandırmaq üçün təyin etdiyi müddət isə 12 oktyabrda bitib.

Məsələ ilə bağlı analitik Natalya Milçakova rublun yaxın aylarda kəskin devalvasiya ehtimalını istisna etməyib.

O qeyd edib ki,  rubl bir dollar üçün 200 rubl səviyyəsinə enə bilər. Ekspertin fikirlərinə görə, Rusiya rublunun  kəskin devalvasiyası müəyyən fövqəladə halların baş verməsindən asılıdır:

Ən sərfəli kredit üçün müraciət et

“Yəni, Rusiya iqtisadiyyatı böyük ölçüdə neft və qaz ixracına əsaslanır. Neftin qiymətinin bir barel üçün 30 dollar və ya daha aşağı səviyyəyə düşməsi, ölkənin gəlirlərində əhəmiyyətli azalma yaradır. Bu, dövlət büdcəsini çətinləşdirir və milli valyutaya – rubla təzyiq göstərir. Belə bir vəziyyətdə rublun məzənnəsi kəskin şəkildə aşağı düşə bilər.
COVID-19 pandemiyasının dünya iqtisadiyyatına vurduğu təsirə bənzər bir yeni pandemiya baş verərsə, qlobal iqtisadi aktivlik azalacaq. Rusiya kimi ixraca yönümlü ölkələr üçün bu, xarici gəlirlərin azalmasına və valyutanın dəyər itirməsinə gətirib çıxara bilər.
Bu kateqoriyaya ciddi geosiyasi qarşıdurmalar, beynəlxalq sanksiyalar və ya daxili iqtisadi böhran kimi hadisələr daxildir. Belə hadisələr investorların etibarını azaldır və kapital axınına səbəb olur ki, bu da valyutanın sürətli devalvasiyasını yarada bilər”.

Qeyd edək ki, son bir il ərzində rublun məzənnəsi əhəmiyyətli dalğalanmalar yaşanıb. 2023-cü ilin noyabr ayında 1 ABŞ dolları təxminən 70 rubla bərabər idi. 2024-cü ilin yay aylarında isə məzənnə 90-100 rubl arasında dəyişib. Bu dəyişikliklər qlobal neft qiymətlərindəki dalğalanmalar, geosiyasi hadisələr və Rusiya iqtisadiyyatının daxili faktorları ilə əlaqələndirilir.