Azərbaycan Avropaya 10,6 milyard kubmetr qaz satıb | Banco.az

Azərbaycan Avropaya 10,6 milyard kubmetr qaz satıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 41,5 milyard kubmetr təbii qaz hasil edilib.

Banco.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, qazın 10,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 22,9 milyard kubmetri “Şahdəniz”, 1,3 milyard kubmetri “Abşeron”, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 20,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Avropaya 10,6 milyard kubmetr, Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 4,7 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr 2024-cü il tarixinədək 646,6 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 459,2 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 598,7 milyon ton neft, 227,3 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,9 milyon tona yaxın kondensat, 231,9 milyard kubmetr qaz çıxarılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bu yataqlardan 01 noyabr 2024-cü il tarixinədək 644,7 milyon ton neft və 165,8 milyard kubmetr qaz ixraca nəql edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram