Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” kiçik və orta sahibkarlar üçün 31 dekabr 2024-cü il tarixinədək Tender, İcra və Avans qarantiyaları üzrə 80% endirim kampaniyası elan edir.
Kampaniya çərçivəsində, qeyd edilən bank qarantiya növləri üçün kiçik və orta biznes sahibləri aşağıdakı endirimlərdən yararlana bilərlər.
- Nağd təminatlı Tender qarantiyası - 20 AZN/USD/EUR
- Ekspress-Tender qarantiyası - 30 AZN/USD/EUR
- Ekspress-İcra və Ekpress-Avans qarantiyaları - 40 AZN/USD/EUR
Bu kampaniya ilə kiçik və orta biznes sahibləri tender, icra və avans qarantiyaları daha sərfəli şərtlərlə əldə edə, maliyyə əməliyyatlarını daha rahat və sərfəli şəkildə həyata keçirə biləcəklər. Sizə lazım olan qarantiyanı bu keçidə daxil olub sifariş edə bilərsiniz.
Xatırladaq ki, “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!