Satış təmsilçisi (Qazax və Tovuz) | Banco.az

Satış təmsilçisi (Qazax və Tovuz)

Vakansiya haqqında məlumat: 

Şirkət haqqında:

   2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 54 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.

Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.

   İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.

GL ASC-dən Qazax və Tovuz şəhərlərində yerləşən filialları üzrə əmək haqqı+bonuslu Satış məsləhətçisi vakansiyası elan edir.

Karyeranızı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarığınızı inkişaf etdirmək istəyirsinizsə, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Təlimdən uğurla keçən namizədlər yarımştat işçi kimi götürüləcək əmək haqqı və bonus veriləcək

Vəzifə öhdəlikləri:

Təlimlərdə aktiv iştirak etmək

Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək

Təlimçi və mentorla interaktiv işləmək

Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

 

Vəzifə şərtləri:

Yaşı 18-dən 30-ə qədər (Ali və ya orta ixtisas təhsili alan sonuncu kurs tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)

Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər

Öyrənməyə açıq olmaq

Hədəflərlə işləməyi bacarmaq

Pozitiv ünsiyyət bacarığı

Komandada işləməyə meyilli olmaq

 

İş qrafiki: Part-time (yarım gün)

 

Sizə nə vəd edirik:

Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,

Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı

Maliyyə yönümlü ilkin biliklərin qazanılması;

Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi;

Ə/h+bonus

Maraqlanan şəxslər [email protected]  e-mail ünvanına “Satış məsləhətçisi (müvafiq region)” yazaraq cv-lərini göndərə bilərlər.

Ünvan: AZ1134, Bakı şəhəri. Asif Məhərrəmov küç 22A

Əlaqə nömrəsi: (+994 51) 2303407

(+994 50) 2911000 (daxili nömrə 1019)

Vebsayt: www.sizinlombard.az                 

Email: [email protected]

Şirkət: 
"GL" ASC