2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin oktyabr ayına nisbətən 103,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,6 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8 faiz təşkil edib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,7 faiz təşkil edib.
2024-cü ilin oktyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,6 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!