Qlobal smartfon tədarükü 5% artıb | Banco.az

Qlobal smartfon tədarükü 5% artıb

2024-cü ilin üçüncü rübündə qlobal smartfon tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 309,9 milyon ədəd təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə “Canalys” analitik şirkətinin məlumatında deyilir.

Hesabatda qeyd olunur ki, bu, 2021-ci ildən, yəni pandemiyadan bəri iyul-sentyabr ayları üçün ən yaxşı göstəricidir.

Ən sərfəli kredit üçün müraciət et

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti 57,5 ​​milyon smartfon sataraq qlobal bazar lideri olaraq qalır. “Apple”, “iPhone 16” seriyasının inkişaf etməkdə olan bazarlarda güclü debütü sayəsində 54,5 milyonluq rekordla ikinci yerini saxlayıb.

Növbəti yerlərdə Çinin “Xiaomi” - 42,8 milyon ədəd, “OPPO” (“OnePlus” brendi daxil olmaqla) - 28,6 milyon və “Vivo” - (27,2 milyon ədəd) qərarlaşıb.