Müəllif:Ayşən İmanova/Banco.az
Avropa Komissiyası (AK) Amerikanın “Meta” korporasiyasını “Facebook” sosial şəbəkəsində reklamda rəqabət qaydalarını pozduğuna görə təxminən 800 milyon avro cərimələyib.
Banco.az xəbər verir ki, bu barədə AK-nin saytında bildirilib.
“Avropa Komissiyası “Meta”nı Aİ-nin antiinhisar təcrübələri ilə bağlı qaydalarını pozduğuna görə 797,72 milyon avro cərimələyib” , – bəyanatda deyilir.
AK-nin məlumatına görə, şirkət “Marketplace” onlayn xidmətini özünün “Facebook” sosial şəbəkəsi ilə əlaqələndirib. Beləliklə, “Meta” birtərəfli qaydada platformalarında reklam verən digər onlayn reklam yayımı xidməti təminatçılarına ədalətsiz ticarət şərtləri qoyub.