Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) Polşaya Baltik dənizi sahilində ölkənin ilk Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün 4 milyard zlotidən (1 milyard dollardan çox) çox vəsait ayırmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə Polşanın “Polskie Elektrownie J drowe” (PEJ) şirkəti məlumat yayıb.
Məlumata görə, Polşanın ilk atom elektrik stansiyasının tikintisinə 2026-cı ildə başlanması planlaşdırılır. Onun 1,1 GVt gücündə ilk “Westinghouse AP1000” reaktoru 2033-cü ildə cərəyan istehsal etməlidir. Atom elektrik stansiyasının tikintisi üçün Baltik dənizi sahilindən çox da uzaq olmayan Lyubyatovo-Kopalino qəsəbəsi seçilib. Layihənin dəyəri 100 milyard zloti (təxminən 25 milyard dollar) məbləğində qiymətləndirilir.