Avropada qazın qiyməti rekord həddə yüksəlib | Banco.az

Avropada qazın qiyməti rekord həddə yüksəlib

Müəllif:Ayşən İmanova/Banco.az

Avropada qazın qiyməti min kubmetr üçün 500 dolları ötüb. 

Banco.az xəbər verir ki, bu barədə “London ICE” birjasının məlumatında deyilir.

Niderlandın TTF mərkəzi indeksinə görə, yanacağın qiyməti 2023-cü ilin noyabrından bəri ilk dəfə olaraq 500 dollar həddini keçib. Dekabrda çatdırılma fyuçersləri maksimum olaraq min kubmetr üçün 500,5 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

“The Wall Street Journal”a müsahibə verən ekspertlərin fikrincə, yanacağın qiyməti Avropada havaların soyuması və istilik mövsümünün başlaması fonunda qalxır. Qiymət artımının qısamüddətli olacağı bildirilir.

"Əgər qiymətləri yüksəldən yeganə amil havadırsa, bugünkü qazancların çoxunun həftənin sonuna qədər itiriləcəyini gözləyirik", - deyə "Ritterbusch" analitikləri bildirib.

Avropada qaz anbarları 93,6 faiz doludur ki, bu da son beş ildəki orta göstəricidən yüksəkdir. Mütəxəssislər hesab edirlər ki, qiymətlərə külək stansiyalarından elektrik enerjisi istehsalının azalması da təsir edib ki, bu da yanacağa tələbatı artırıb.