“Tesla” minlərlə “Cybertruck” elektrik pikapını geri çağırır | Banco.az

“Tesla” minlərlə “Cybertruck” elektrik pikapını geri çağırır

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “Tesla” şirkəti 2024-cü model ilinə aid 2,4 min “Cybertruck” elektrik pikaplarını aşkar edilən təhlükəli qüsur səbəbindən geri çağırır.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) mətbuat xidməti məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, buna səbəb qəza ehtimalını artıra bilən sürücü çeviricisinin nasazlığı olub. “Tesla” nasaz hissəni əvəz etməklə problemi pulsuz həll edəcək.

Qeyd edək ki, bu, ötən ilin noyabrında satışa çıxarılan “Cybertruck” üçün artıq altıncı geri çağırışdır. Onlardan ən böyüyü ötən ay baş verib - o zaman milyarder İlon Maskın şirkəti arxa görüntü kamerasındakı problemlərə görə 27 mindən çox elektrik avtomobilini geri çağırıb.