"Audi" 4,5 min işçisini ixtisar edəcək | Banco.az

"Audi" 4,5 min işçisini ixtisar edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

"Audi" avtomobil şirkəti satışların kəskin azalması səbəbindən 4,5 min işçini ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Nəşr bildirir ki, "Audi" şirkəti ("Volkswagen"ə məxsusdur) maliyyə ilə bağlı çətinliklər yaşayır və xərcləri azaltmaq üçün işçilərinin 15%-ni ixtisar etməyi planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, "Audi"nin əsas mənfəəti 91% azalaraq, keçən ilin üçüncü rübündəki 1.2 milyard avrodan bu ilin eyni dövrü üçün 106 milyon avroya düşüb. Almaniya və ABŞ də daxil olmaqla bir sıra bazarlarda satışlar azalıb, həmçinin "Audi" avtomobillərinə tələbat azalıb. "Volkswagen"in törəmə şirkətləri arasında yalnız "Lamborghini" markası sabit satışları qoruyub saxlayıb, ən böyük azalma isə "Bentley"də müşahidə olunub - 35%.

Hazırda "Audi"nin rəhbərliyi mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün işçi nümayəndələri ilə danışıqlar aparır.