Müəllif: Gülnar Əhmədli, Banco.az
Karyera planının qurulması insanın iş həyatında hədəflərini müəyyənləşdirməsinə və onlara çatmaq üçün strategiyalar yaratmasına kömək edən bir prosesdir. Özünüzü tanıyaraq, hədəflərinizi müəyyənləşdirərək və düzgün addımlar atmaqla karyeranızda irəliləyə bilərsiniz. Eyni zamanda, karyera planı qurmaq da insanın iş həyatındakı fürsətləri görməsinə kömək edir. İnsan karyera planındakı məqsədlərə çatmaq üçün müxtəlif imkanlar axtarır və onları qiymətləndirir. Bəs uğurlu karyeranı necə planlaşdırmaq olar?
1. Özünüzü tanıyın
Karyera planlamasında ilk addım özünüzü tanımaqdır. Bacarığınız, maraqlarınız, dəyərləriniz və məqsədləriniz haqqında düşünün. Hansı peşə sahələrində uğur qazana biləcəyinizi və hansı işdə işləmək istədiyinizi müəyyənləşdirin. Özünüzü tanımaq karyera planlaşdırma prosesində ən vacib addımlardan biridir. Özünüzü daha yaxşı başa düşərək hansı karyera sahələrinin sizin üçün daha uyğun olduğunu müəyyən edə və hədəflərinizə çatmaq üçün müvafiq fəaliyyət planları yarada bilərsiniz.
2. Karyera seçimlərini araşdırın
Hansı işin sizə uyğun ola biləcəyi ilə bağlı araşdırma aparın. İş bazarında peşəkar bacarıqlarınızı, meyllərinizi və ehtiyaclarınızı inkişaf etdirmək imkanları haqqında məlumat əldə edin. Öz sahənizdəki yenilikləri izləyin. Siz həmçinin işəgötürənlərin gözləntiləri və bacarıqlarınızı inkişaf etdirəcək təlim imkanları kimi mövzuları araşdırmalısınız.
3. Karyera məqsədlərinizi müəyyənləşdirin
Karyera məqsədləri peşəkar uğur əldə etmək üçün bütün hədəflənmiş işləri, rolları və funksiyaları ifadə edən bir anlayışdır. Karyera hədəflərinizin müəyyən edilməsi karyera planlaşdırma prosesində çox vacib bir addımdır. Qısa, orta və uzunmüddətli hədəflərinizi müəyyənləşdirin və bu məqsədlərə çatmaq üçün lazım olan addımları planlaşdırın. Hər bir məqsədə çatmaq üçün lazım olan bacarıqları, resursları və vaxtı təyin edin. Bu yolla siz irəlini daha aydın görə bilər və istədiyiniz məqsədə daha tez çata bilərsiniz.
4. Plan yaradın
Karyera planınızı yaradarkən karyera məqsədlərinizi, qabiliyyətlərinizi və maraqlarınızı nəzərə alın. Karyera planınıza peşəkar təcrübənizi, təhsil səviyyənizi və bacarıqlarınızı mütləq daxil edin. Bunu edərkən planınızın konkret, ölçülə bilən və vaxtında olduğuna əmin olun. Bu plan məqsədlərinizə çatmaq üçün atmanız lazım olan addımları müəyyənləşdirir və tərəqqinizi izləməyə kömək edir.
5. Təhsilinizi təkmilləşdirin
Karyera planınızı həyata keçirmək və lazımi bacarıqları əldə etmək üçün təlimlərə gedin. Kurslarda və seminarlarda iştirak edin. Özünüzü inkişaf etdirmək üçün sizə rəhbərlik edəcək bir mentor tapa bilərsiniz. Bu sizin müəlliminiz və ya ailənizdən biri ola bilər. Yeni bacarıqlar və yeni biliklər əldə etməklə hədəflədiyiniz karyera sahəsində irəliləyiş əldə edə bilərsiniz.
6. İş təcrübəsi qazanın
Karyera planınızı həyata keçirmək üçün iş təcrübəsi qazanmalısınız. Təcrübə, könüllü iş və ya frilans kimi iş təcrübəsi qazana bilərsiniz. Həmçinin, yeni məzunlar üçün yaradılan proqramları araşdıra bilərsiniz. Bəzi böyük şirkətlər yeni məzunlar üçün xüsusi proqramlar yaradırlar. Bu proqramlar iş təcrübəsi qazanmaq üçün əla fürsətdir.
7. Şəbəkə qurun
Şəbəkə şəxsi və işgüzar əlaqələr qurmaq, potensial biznes imkanlarını kəşf etmək, ideyalar əldə etmək, mentorluq və ya əməkdaşlıq imkanlarını tapmaq yolu ilə digər insanlarla əlaqə yaratmaq üçün istifadə olunur. İş dünyasında şəbəkə qurmaq biznesdə uğur qazanmaq üçün çox vacib bir vasitədir və zəruri bacarıqdır. Şəbəkələşmə təkcə biznes mühitində deyil, həm də sosial mühitlərdə baş verə bilər. İnsanlarla ünsiyyət qurmaq və yeni insanlarla tanış olmaq üçün müxtəlif mühitlərə getməyə çalışın. Konfranslar, seminarlar, klublar və ya sosial tədbirlər kimi müxtəlif tədbirlərdə iştirak edərək şəbəkə qura bilərsiniz.
8. İzləyin və yenidən nəzərdən keçirin
Karyera planınızı yaratdıqdan sonra tərəqqinizi izləyin və lazım olduqda planınızı yenidən nəzərdən keçirin. Çünki karyera həqiqətən uzun bir prosesdir. Bu proses zamanı karyera hədəfləriniz dəyişə bilər və ya karyera səyahətinizdə gözlənilməz maneələrlə qarşılaşa bilərsiniz. Bu halda siz karyera planınızı yenidən nəzərdən keçirə və qarşınıza yeni hədəflər qoya bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!