Bayden Ukraynaya son yardımını göndərməyi planlaşdırır | Banco.az

Bayden Ukraynaya son yardımını göndərməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyev üçün nəzərdə tutulan 6 milyard dollarlıq hərbi yardımın qalan hissəsini prezident seçkilərində qalib gələn Donald Trampın andiçmə mərasiminə qədər ən qısa zamanda Ukraynaya göndərmək niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, indiki Vaşinqton administrasiyası Trampın dövründə Ukraynaya silah tədarükünün dayandırılacağına hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Kiyevə yeni hərbi yardım paketinin ayrılması vaxtı dəqiqləşdirilməyib, lakin nəşr qeyd edir ki, Amerika hakimiyyətinin planı istənilən halda problemlərlə üzləşəcək, çünki Ukraynaya silah və sursatların çatdırılması adətən aylar çəkir. 

Beləliklə, qalan yardım çox güman ki, Tramp vəzifəyə başlayana qədər Ukrayna tərəfinə çatmayacaq və yeni baş komandan transfer prosesi başa çatana qədər təchizatı dayandıra bilər.