Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə və Qırğızıstan enerji sahəsində əməkdaşlığın inkişafı üçün anlaşma memorandumu imzalayıb.
Banco.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 11-ci Zirvə Görüşü çərçivəsində Qırğızıstana səfəri zamanı Enerji və Təbii sərvətlər naziri Alparslan Bayraktar müşayiət edib.
Bayraktar səfər çərçivəsində baş tutan Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak edib.
Görüşdən sonra Bayraktar rəsmi “X” hesabından açıqlama yayımlayıb.
“Görüşdən sonra ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün prezidentimizin və Qırğızıstanın prezidenti cənab Sadır Çaparovun iştirakı ilə Qırğızıstanın energetika naziri Talaybek İbrayev ilə anlaşma memorandumu imzaladıq. Bu müqavilə ilə biz enerji, enerji səmərəliliyi və enerjiyə qənaət sahələrində birgə layihələr inkişaf etdirməyi və enerjinin müxtəlif sahələrində, xüsusilə günəş, külək və su elektrik enerjisi sahələrində özəl sektorun təşəbbüslərini təşviq etməyi hədəfləyirik”, - açıqlamada deyilir.
Bizi sosial şəbəkələrdən izləyin!!