Müəllif: Tamara Mustafayeva, Banco.az
Malayziya Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyib.
Banco.az xəbər verir ki, Malayziya Mərkəzi Bankı uçot dərəcəsini bazar proqnozlarına uyğun olaraq 3 faiz səviyyəsində sabit saxlayıb.
Malayziya Mərkəzi Bankı ölkə iqtisadiyyatında artım və inflyasiya gözlənilən səviyyədə davam etdiyi üçün faiz dərəcələrini sabit saxlamağa qərar verdiyini açıqlayıb.
Bank “overnight” faiz dərəcələrini 3 faiz səviyyəsində saxlayıb.
İqtisadçılar da məhz bu istiqamətdə qərar gözləyirdilər.
Qeyd edək ki, bankın bu qərarı borclanma faizlərinin 2025-ci ilə qədər dəyişməyəcəyi deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!