Müəllif: Tamara Mustafayeva, Banco.az
“BMW” üçüncü rübdə analitiklərin proqnozlarından aşağı mənfəət açıqlayıb.
Banco.az xəbər verir ki, “BMW” şirkəti Çində satışların azalması və əyləc sistemindəki problemlər səbəbindən üçüncü rübdə mənfəətinin analitiklərin proqnozlarından aşağı olduğunu bildirib.
Alman avtomobil istehsalçısının mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 61 faiz azalıb. Bununla belə, şirkətin maliyyə ilinin sonu üçün proqnozları qoruduğu vurğulanıb.
Çərşənbə günü açıqlanan maliyyə hesabatına görə, “BMW” üçüncü rübdə 1,7 milyard avro əməliyyat mənfəəti əldə edib. Bu, ötən ilin eyni rübündəki 4,352 milyard avro ilə müqayisədə 61 faiz azalma deməkdir. Analitiklər 1,8 milyard avro əməliyyat mənfəəti gözləyirdilər.
Avtomobil istehsalçısının satış gəliri isə 32,4 milyard avro təşkil edib ki, bu da analitiklərin 34,3 milyard avro gözləntisindən aşağı olub.
Şirkət 2024-cü ildə 6 faizdən 7 faizədək əməliyyat mənfəət marjasına nail olmaq yolunda olduğunu söyləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!