Müəllif:Ayşən İmanova/Banco.az
“Bitcoin”in dəyəri ABŞ prezident seçkiləri fonunda 9,39% artaraq 74 367 dollara çatıb.
Banco.az xəbər verir ki, bu barədə “Binance” kriptovalyuta birjası məlumat yayıb.
Məlumata görə, əvvəlki rekord martın 14-də qeydə alınıb və 73 777 dollar təşkil edib.
Qeyd edək ki, “Bitcoin” (BTC) blokçeyn texnologiyası əsasında fəaliyyət göstərən mərkəzləşdirilməmiş kriptovalyutadır. Sistemdə iştirak edən istənilən istifadəçi sistemin yeni bloklarını yaradaraq, yeni sikkələr çıxara bilər.
“Bitcoin” ideyası 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüsü ilə tanınan anonim müəllif (ehtimal ki, bir qrup müəllif) tərəfindən təqdim edilib. Kriptovalyuta son illərdə populyarlıq qazanır. “Bitcoin”in buraxılışı məhduddur və sikkələrin çoxu artıq “mədən edilmişdir”.