Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın əsas qeyri-neft idxalçısı Rusiya (843,7 milyon dollar) olub.
İlk 5-lik aşağıdakı kimidir:
Rusiya: 843,7 milyon dollar
Türkiyə: 435,1 milyon dollar
Gürcüstan: 195,1 milyon dollar
İsveçrə: 119,6 milyon dollar
ABŞ: 113,3 milyon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!