Qırğızıstan kriptovalyutanı qanuniləşdirməyi planlaşdırır | Banco.az

Qırğızıstan kriptovalyutanı qanuniləşdirməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi ölkədə kriptovalyutanın qanuniləşdirilməsini təklif edir.

Banco.az xəbər verir ki, qurum virtual aktivlər sahəsində müvafiq qanun layihəsini ictimai müzakirəyə təqdim edib.

Qanun layihəsinə əsasən, “Virtual aktivlər haqqında” və “Banklar və bank fəaliyyəti haqqında” qanunlara müvafiq dəyişiklik və əlavələr ediləcək:

Ən sərfəli kredit üçün müraciət et

kriptobank Qırğızıstan Respublikası Milli Bankının kriptobankçılıq lisenziyası əsasında fəaliyyət göstərəcək;

ölkə qanunvericiliyinə “kriptobank”, “kriptobank fəaliyyəti” və “kriptobank əməliyyatları”, “kripto kreditləşməsi” anlayışları daxil ediləcək.

Əsaslandırmada qeyd edilir ki, kriptobankın tətbiqi ilə kriptovalyutalarda əməliyyatların həcmində artım gözlənilir ki, bu da öz növbəsində vergi daxilolmalarını artıracaq. Maliyyə texnologiyaları sektorunda da yeni iş yerlərinin yaradılması gözlənilir ki, bu da ölkənin maliyyə innovasiyaları mərkəzi kimi nüfuzunu gücləndirəcək.