İndoneziya “iPhone”dan sonra bu smartfonun da satışını qadağan edib | Banco.az

İndoneziya “iPhone”dan sonra bu smartfonun da satışını qadağan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İndoneziya “iPhone”dan sonra “Google Pixel”in satışını dayandırıb.

Banco.az xəbər verir ki, Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı olan İndoneziya “Google”un yerli məzmun tələblərinə cavab vermədiyini əsas gətirərək “Pixel” smartfonlarının satışını qadağan edib.

Bu barədə Sənaye Nazirliyinin sözçüsü Febri Hendri Antoni Arief cümə axşamı keçirdiyi mətbuat konfransında deyib. 

O, İndoneziyada “Google Pixel” telefonlarının ticarətinin qanunsuz olduğunu bildirib. Baxmayaraq ki, bu il ölkəyə şəxsi göndərişlər və ya kabin baqajı vasitəsilə təxminən 22 min cihaz daxil olub.

Kaliforniyada yerləşən ABŞ-ın “Google” şirkəti qadağanı müzakirə etmək üçün İndoneziya Sənaye naziri Aqus Gumivang Kartasasmita ilə görüş tələb edən məktub göndərib, lakin hələ heç bir tarix təyin olunmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, İndoneziya “Apple”ın ölkəyə verdiyi investisiya vədlərini yerinə yetirmədiyi üçün oktyabrın 29-da ölkədə “iPhone 16” seriyasının satışını və istifadəsini qadağan etdiyini açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram