“Mastercard”ın xalis mənfəəti 2% artıb | Banco.az

“Mastercard”ın xalis mənfəəti 2% artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük ödəniş sistemlərindən birinin operatoru olan Amerikanın “Mastercard” şirkəti üçüncü rübdə xalis mənfəətini 2% artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Bildirilir ki, iyul-sentyabr aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 3,198 milyard dollarla müqayisədə 3,263 milyard dollar təşkil edib. Gəlir 13% artaraq 7,369 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən rübdə dünya üzrə “Mastercard” kartlarından istifadə etməklə ümumi ödəniş həcmi yerli valyutalarda 10% (2,5 trilyon dollara qədər), transsərhəd əməliyyatların həcmi isə 17% artıb.

“Mastercard” səhmləri 1,5% ucuzlaşıb. Şirkətin bazar dəyəri bu ilin əvvəlindən təxminən 18% (475 milyard dollara qədər) artıb.