Müəllif:Ayşən İmanova/Banco.az
“Telegram” messenceri video platforma olmaq yolunda “ilk addımı atdı”.
Banco.az xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov öz “Telegram” kanalında yazıb.
Sahibkarın sözlərinə görə, indiyədək “Telegram”da müxtəlif çat və kanallarda videolar paylaşıldığı formatda nümayiş etdirilirdi. Bu səbəbdən istifadəçilər telefonlarına gigabaytlarla məlumat endirilməsini və videoların tam yüklənməsini gözləmək məcburiyyətində qalırdılar. Bununla yanaşı, messencerin təsisçisi vurğulayıb ki, hətta qısa yazılara baxanda belə problemlər yaranırdı.
"Bugünkü yeniləmə ilə “Telegram” serverləri populyar videoları bir neçə keyfiyyət variantına sıxışdıracaq və onları yayım üçün optimallaşdıracaq", - Durov qeyd edib.
O, əlavə edib ki, bu yenilik sayəsində messencer konkret videonu hansı keyfiyyətdə göstərməyi avtomatik seçməyə başlayacaq. Bu prosesdə hər bir fərdi istifadəçinin cihazında İnternet bağlantısının sürəti əsas rol oynayacaq.