Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 115.3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 13.5 milyon dollar və ya 13,3% çoxdur.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2023-cü ilin eyni dövründə qızıl ixracının ümumi dəyəri 101.8 milyon dollara bərabər olub.
Qeyd edək ki, təkcə sentyabr ayında ixrac edilən qızılın dəyəri isə 18.8 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!