Biznesdə hansı addımlar uğura aparır? - Ahmed Kandemirdən məsləhətlər | Banco.az

Biznesdə hansı addımlar uğura aparır? - Ahmed Kandemirdən məsləhətlər

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Biznes dünyasında uğurlu olmaq üçün bu istiqamətdə uğura aparan yolları düzgün tanımaq lazımdır".

Bu fikirləri Banco.az-a açıqlamasında biznes sahəsi üzrə kouç, təlimçi Ahmed Kandemir deyib. O uğurlu biznes üçün diqqət yetirilməli olan əsas məqamları vurğulayıb:

“Ailə və yaxın dostlarla ortaq şəkildə biznes qurmaq çox vaxt problemlərə yol açır. Biznesin peşəkar və korporativ çərçivədə olması, bazar qaydalarına uyğun şəkildə idarə olunması lazımdır. Biznes münasibətlərini peşəkar çərçivədə saxlamaq, ailə üzvləri ilə başlanılan işin peşəkarlıqdan uzaqlaşaraq qarışıqlığa yol aça biləcəyini unutmamalıyıq.

Yeni biznes quran zaman başqa insanlardan borc almaq, yaxud bank kreditləri ilə işə başlamaq bu işin uğursuz olmasına səbəb ola bilər. Ümumiyyətlə, uğurlu bir biznes üçün ən azı 80-90% kapitala sahib olmaq vacibdir”.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda biznes sferasında ən çox müşahidə edilən addımlardan biri də,  başqa bir işdə çalışdığı halda əlavə gəlir mənbəyi yaratmağa çalışmaq istəyi ilə bağlı olur.  Kandemir deyib ki,  nəzarət edib, üzərində dayanmadığınız iş, sizin işiniz deyil. Bu səbəbdən bir işə diqqət yetirmək və bütün enerjini ora sərf etmək lazımdır.

Mütəxəssis düşünür ki, biznesin əsasını trend yox, sahibinin öz təcrübə sahəsi və bilik bazası təşkil etməlidir.

“Hər biznesdə bir "naviqator" rolunu oynayan biznes plan olmalıdır. Bu plan daxilində xərclər, müddətlər və proseslər yazılı şəkildə qeyd edilməlidir ki, biznes yolda yönünü asanlıqla tapa bilsin. Biznesin böyüklüyündən asılı olmayaraq bazarın ciddi şəkildə araşdırılması vacibdir. İş sahəsində mövcud olan rəqabəti və müştərilərin nəyə görə məhz sizin xidmətinizi seçəcəyini anlamaq lazımdır.

Əgər biznes qurmaq istəyənlər bu addımları izləsələr, uğur qazanmaq üçün daha yaxşı şans əldə edəcəklər”.- deyə Ahmed Kandemir qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et