Müəllif:Ayşən İmanova/Banco.az
Avrozonada ÜDM 2024-cü ilin üçüncü rübündə əvvəlki üç aya nisbətən 0,4% artıb.
Banco.az xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika idarəsinin ilkin məlumatları təqdim edən hesabatında deyilir.
İllik ifadədə avrozonanın iqtisadiyyatı 0,9% artıb. "Trading Economics"in məlumatına görə, mütəxəssislər orta hesabla iyul-sentyabr aylarında Avrozona ÜDM artımının rüblük 0,2% və illik 0,8% olacağını gözləyirdilər.
Bu ilin ikinci rübündə avrozona iqtisadiyyatı əvvəlki üç ayla müqayisədə 0,2%, illik ifadədə isə 0,6% artıb.
İyul-sentyabr aylarında Almaniyada ÜDM rüblük 0,2%, Fransada 0,4%, İspaniyada 0,8% artıb, İtaliyada isə dəyişməyib. Aİ iqtisadiyyatı əvvəlki üç ayla müqayisədə 0,3%, illik ifadədə isə 0,9% artıb.
Qeyd edək ki, bu, ÜDM-in dəyişməsi ilə bağlı üç təxmindən birincisidir. İkinci qiymətləndirmə noyabrın 14-də dərc olunacaq.