Norveç Ukraynaya 500 milyon avro ayırıb | Banco.az

Norveç Ukraynaya 500 milyon avro ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Norveç Ukraynaya 500 milyon avro dəyərində yeni yardım paketi təqdim edib.

Banco.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Stör Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirak etdiyi dördüncü Ukrayna-Şimali Avropa sammiti iştirakçılarının birgə mətbuat konfransında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

"Norveç Ukraynaya ehtiyacları əsasında yardımı davam etdirmək istəyir. Söhbət onun hava hücumundan müdafiəsini gücləndirməkdən, o cümlədən enerji, dəniz və yükdaşımaları sahəsində dəstəkdən gedir. Bu məqsədlə Norveç Ukraynaya 500 milyon avro ayırır ki, bunun da böyük hissəsi – 350 milyonu ölkənin hərbi ehtiyaclarına yönəldiləcək", - deyə o qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et