Bələdiyyələrə xidmət haqları nağdsız qaydada köçürüləcək | Banco.az

Bələdiyyələrə xidmət haqları nağdsız qaydada köçürüləcək

Bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Ən sərfəli kredit üçün müraciət et

    Qeyd edək ki, hazırda bələdiyyə vergiləri nağdsız qaydada köçürülür.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

    apa