Müəllif: Tamara Mustafayeva, Banco.az
“Lufthansa” Təl-Əviv aviareyslərinin ləğv edilməsi müddətini uzadıb
Banco.az xəbər verir ki, alman aviaşirkəti “Lufthansa”nın verdiyi açıqlamaya görə, Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar uçuş planında yeniləmə edilib.
Açıqlamada Tel-Əvivə uçuşların 25 noyabr 2024-cü ilə qədər dayandırıldığı bildirilib.
Xatırladaq ki, daha əvvəl noyabrın 10-na qədər Tel-Əvivə uçuşları dayandıran “Lufthansa” şirkəti İranın paytaxtı Tehrana 31 yanvar 2025-ci il tarixinə, Livanın paytaxtı Beyruta isə 28 fevral 2025-ci ilə qədər uçuşların ləğv edildiyini açıqlamışdı.
İsrailin hücumlarından sonra artan təhlükəsizlik narahatlığına görə, “Lufthansa” son vaxtlar Yaxın Şərqə uçuşların ləğvini bir neçə dəfə uzadıb.
Qeyd edək ki, “Lufthansa” Qrupuna “Eurowings”, “Swiss”, “Austrian Airlines” və “Brussels Airlines” kimi şirkətlər də daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!