"Citi" neft proqnozlarını aşağı salıb | Banco.az

"Citi" neft proqnozlarını aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Citi" neft proqnozlarını aşağı salıb.

Banco.az xəbər verir ki, “Citigroup Inc.” Brent markalı neftlə bağlı proqnozlarını aşağı saldığını açıqlayıb.

Maks Layton da daxil olmaqla təşkilatın analitikləri Yaxın Şərqdəki geosiyasi risklər səbəbindən risk mükafatının azalması səbəbindən Brent markalı neftlə bağlı proqnozlarını aşağı salıblar.

“Citigroup” tərəfindən edilən düzəlişlə Brent markalı neftin üç aylıq proqnozu bir barel üçün 74 dollardan 70 dollara, altı-on iki aylıq proqnoz isə bir barel üçün 72 dollardan 60 dollara enib.

Bununla belə, risklərin hələ də davam etdiyini qeyd edən “Citi” neft qiymətlərində böyük artım ehtimalını 10 faiz olaraq təyin edib. Əvvəlki hesablamalarda bu nisbət 20 faiz göstərilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et