İsveç Ukraynaya humanitar yardım üçün 10,36 milyon dollar ayırıb | Banco.az

İsveç Ukraynaya humanitar yardım üçün 10,36 milyon dollar ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

İsveç hökuməti Kiyevə 110 milyon kron (10,36 milyon dollar) məbləğində yeni humanitar yardım paketinin ayrılmasına dair qərar qəbul edib.

Banco.az xəbər verir ki, bu barədə hökumət dəftərxanası məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, bu vəsait qış mövsümü ərəfəsində artan ehtiyacları ödəmək üçün istifadə olunacaq.

Qeyd olunur ki, bu vəsaitdən 50 milyon kron (4,71 milyon dollar) Ukrayna Qırmızı Xaç Cəmiyyətinə, 20 milyon kron (1,88 milyon dollar) BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, 30 milyon kron (2,82 milyon dollar) BMT-nin İnkişaf Proqramına, 10 milyon kron (1,04 milyon dollar) isə BMT-nin Əhali Fonduna ayrılacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et