Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 oktyabr tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 636.4 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 186.5 milyon manat (41.5%) çoxdur.
Xatırladaq ki, 2023-ci ilin yanvar-sentyabr aylarında banklar 449.9 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 848.3 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!