Azərbaycan və İsveçrənin mərkəzi bankları arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"ABŞ-yə baş tutan işgüzar səfər çərçivəsində İsveçrə Milli Bankının yeni sədri Martin Şlegel ilə tanışlıqdan və məhsuldar görüşdən məmnun olduq. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin cari vəziyyətini, həmçinin hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını nəzərdən keçirdik. Sonda Martin Şlegelə məsul fəaliyyətində müvəffəqiyyətlər arzuladıq", - deyə o qeyd edib.
report