AccessBank-ın aktivləri 72 milyon manatdan çox artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AccessBank-ın aktivləri 72 milyon manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

AccessBank 2024-cü ilin yanvar-sentyabr aylarında əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, AccessBank-ın xalis mənfəəti 2023-ci ilin eyni dövrünün nəticəsi ilə müqayisədə 12 milyon 145 min manat və ya 41,4% artaraq 41 milyon 454 min manata çatıb. 

Bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 72 milyon 229 min manat və ya 5,2% artaraq bu ayın əvvəlinə 1 milyard 464 milyon 516 min manat təşkil edib. 

Bankın kredit portfeli 107 milyon 884 min manat və ya 10,6% artaraq 30 sentyabr tarixinə 1 milyard 121 milyon 649 min manata yüksəlib. Depozit portfelinin həcmi isə 1 milyard 49 milyon manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram