Müəllif: Tamara Mustafayeva, Banco.az
“Goldman Sachs”: Tramp prezident seçilərsə, avro ucuzlaşa bilər.
Banco.az xəbər verir ki, “Goldman Sachs” Trampın noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilərdə qalib gəlməsi və əlavə gömrük tarifləri tətbiq etməsi şəraitində ortaq valyuta olan avronun ucuzlaşacağını iddia edib.
Qeyd edək ki, anketlərdə Respublikaçılar Partiyasının namizədi Tramp və Demokratların namizədi Kamala Harris bir-birinə yaxın nəticələr əldə etsələr də, Trampın radikal iqtisadi siyasətlərinin ABŞ-ın mühüm ticarət tərəfdaşı olan Avropaya daha çox təsir edəcəyi gözlənilir.
“Goldman” Respublikaçıların yarışda qalib gəldiyi senarinin artan tariflər və daxili vergi endirimləri ilə nəticələnə biləcəyini ifadə edib.
Xatırladaq ki, ABŞ iqtisadiyyatının Avropadan uzaqlaşması və bəzi investorların Trampın qələbəsinə uyğun mövqe tutması nəticəsində Avropanın vahid valyutası olan avro oktyabrda 2,7 faiz ucuzlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!