“Bank Technique” Bakıda daha iki şöbəsini açıb | Banco.az

“Bank Technique” Bakıda daha iki şöbəsini açıb

“Bank Technqiue” ASC, xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə, Bakı şəhərində daha iki yeni şöbəsini açıb.

“İnşaatçılar” və “Neftçilər” adlandırılan yeni şöbələr, müvafiq olaraq, Yasamal rayonu, 528-ci məhəllə, Ə.Ələkbərov küç., “E” və Nizami rayonu, Q.Qarayev pr., 115/9 ünvanlarında yerləşirlər. Bu şöbələr yaxınlıqda yaşayan sakinlərin bank əməliyyatlarının əksəriyyətinin asanlıqla, vaxt itkisinə məruz qalmadan, həll etmələrinə imkan yaradır.

Yeni xidmət nöqtələrini www.banktechnique.az saytındakı Bankın filialları və şöbələrini əks etdirən “İnteraktiv xəritə” vasitəsilə daha rahat tapmaq, hətta buraya xəritədəki istənilən yerdən marşrut da yaratmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Bank Technique”in filial və şöbələrinin geolokasiyası ilə bağlı siyasətinə uyğun olaraq, 2013-cü il ərzində Bakıda 2 yeni filial – “Mərkəz” (Səbail rayonu, Nizami küç., 68) və “Muğan” (Nəsimi rayonu, Q.Quliyev küç., 41) açılıb, aşağıda sadalanan filialların isə ünvanı dəyişdirilib: “Caspian Finans” (Yasamal rayonu, Həsən bəy Zərdabi pr., 78 v), “Proqress” (Azadlıq pr., 87), “Yasamal” (Yasamal rayonu, 547-ci məhəllə, İnşaatçılar pr., 3) və “Universal” (Nərimanov rayonu, Təbriz küç., 116).

 

Yeni şöbələrin açılışından sonra, Bankın şöbələrinin sayı 8-ə çatdırılıb. Ümumilikdə isə, Bankın xidmət şəbəkəsi 32 filial və 8 şöbəni əhatə edir.