"JPMorgan" Türkiyənin bankçılıq sistemini təhlil edib | Banco.az

"JPMorgan" Türkiyənin bankçılıq sistemini təhlil edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” Türkiyə bankları ilə bağlı hesabatında növbəti rübün çətin keçəcəyini bildirib.

Banco.az xəbər verir ki, “JPMorgan” Türkiyə bankları ilə bağlı hesabat dərc edib.

Hesabatda davam edən xalis faiz marjası təzyiqləri və artan risk xərcləri səbəbiylə Türkiyə banklarının performansının ilin üçüncü rübündə zəif qalmasının gözlənildiyi bildirilib.

Bankların kapital gəlirliliyinin 17 faiz olacağını proqnozlaşdıran qurum cari rübdə bu nisbətin 38 faiz inflyasiyadan aşağı olacağını qeyd edib.

Hesabatda həmçinin Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz endirimlərini gələn ilin yanvar ayına qədər təxirə salmasının il sonu xalis faiz marjası proqnozlarını azaldaraq 2025-ci ilin gəlirlilik gözləntilərinə mənfi təsir göstərə biləcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə banklarının səhmlərinin iyul ayında pik həddinə çatdıqdan sonra 20 faiz ucuzlaşdığı vurğulanan hesabatda bununla belə, səhmlərin hələ də güclü olduğuna və illik müqayisədə 48 faiz artdığına diqqət çəkilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et