Kredit kartlarına maraq artıb: Bəs seçimi necə etmək lazımdır? | Banco.az

Kredit kartlarına maraq artıb: Bəs seçimi necə etmək lazımdır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son illər kredit kartlarına tələbat xeyli artıb. Bankların təklif etdiyi bu kartlar vasitəsilə vətəndaşlar nağd pul çıxarmaq, alış-veriş etmək və borcu hissə-hissə ödəmək kimi rahatlıqlardan istifadə edirlər.

Lakin, bəzən vətəndaşlar borcu vaxtında ödəyə bilmədikləri üçün böyük həcmdə borca düşürlər. Bu isə kredit kartlarından düzgün istifadə etməməklə bağlı riskləri artırır.

Elə bu səbəbdən də, banklar kredit kartlarının verilmə qaydalarını sərtləşdirməyi planlaşdırır. Bu barədə açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, kreditin qaytarılmaması riski ilə üzləşən banklar, gələcəkdə daha ciddi təhlil apararaq vətəndaşların maliyyə vəziyyətini daha diqqətlə qiymətləndirəcək.

Məlumat üçün bildirək ki, hazırda bütün dünyada, o cümlədən də Azərbaycanda əsasən iki kart növündən - "VİSA" və "Mastercard"dan istifadə olunur.

Vətəndaş kredit kartından yalnız Azərbaycanda istifadə edəcəksə o zaman bu iki kart arasında heç bir fərq yoxdur. Yox, əgər yalnız Azərbaycanda yox, xarici ölkədə də istifadə edərsə. o zaman hansı kartı seçdiyinə diqqət yetirməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az bu barədə olan kiçik araşdırmanı təqdim edir:

  1. VİSA və Mastercard fərqi: VİSA kartları əsasən ABŞ dolları, Mastercard isə həm dollar, həm də avro ilə işləyir. Yalnız Azərbaycanda istifadə üçün fərq yoxdur, amma xaricdə valyuta konvertasiyası amili ilə fərqlilik yaranır. Avropada Mastercard, ABŞ-da isə VİSA daha sərfəlidir.
  2. Kart növləri: Banklar "Klassik", "Qızıl", "Platin" və "Kobrend" kartları təklif edir. Klassik kartlar standart xidmətlər verir, Qızıl kartlar yüksək kredit limiti təklif edir, Platin kartlar imtiyazlıdır, Kobrend kartlar isə bonus proqramları ilə gəlir.
  3. Güzəşt müddəti: Kredit kartları üçün güzəşt müddəti 30-45 gün təşkil edir. Bu müddət ərzində borcun faizsiz ödənilməsi mümkündür.
  4. Faizlər: Vaxtında ödənilməyən kreditlərə görə 20-30% arasında faiz tətbiq edilir. Nağdlaşdırma zamanı əlavə faizlər də ola bilər.
  5. İstifadə rahatlığı: Banklar kredit kartları ilə internet bankçılıq, SMS xəbərdarlıq, 24/7 xidmətlər və bonus proqramları kimi əlavə imkanlar təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et