“Volvo” gəlirini 12% azaldıb | Banco.az

“Volvo” gəlirini 12% azaldıb

Müəllif:Ayşən İmanova/Banco.az

Yük maşınlarının istehsalına görə dünyada ikinci yeri tutan İsveçin “Volvo” konserni 2024-cü ilin üçüncü rübündə xalis mənfəətini və gəlirini azaldıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin eyni dövründəki 14,09 milyard İsveç kronu ilə müqayisədə 10,02 milyard İsveç kronu (950 milyon dollar) təşkil edib. Şirkətin rüblük gəliri 12% azalaraq 116,98 milyard kron olub.

Ən sərfəli kredit üçün müraciət et

Son rübdə yük maşınlarının tədarükü 16% azalaraq 46,266 minə, sifarişlər isə 8,4% azalaraq 43,234 minə düşüb. Eyni zamanda, tikinti avadanlığının tədarükü 4,8% artaraq 10,781 min ədəd, bu seqment üzrə sifarişlər isə 12% azalaraq 11,703 min ədəd təşkil edib.

Avtobus bölməsində sifarişlərdə 6%, çatdırılmalarda isə 13% artım qeydə alınıb.

Qeyd edək ki, “Volvo” səhmləri cümə günü Stokholm ticarətində 0,2% ucuzlaşıb. Bu ilin əvvəlindən şirkətin kapitallaşması 1,1% artaraq 540 milyard krona çatıb.