Azərbaycanda Yaşıl Maliyyə Fondunum yaradılmasına ehtiyac yaranıb.
Bunu bu gün Bakıda keçirilən Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, yaşıl maliyyə üçün dövlət-özəl tərəfdaşlıqları genişlənməli, banklar yaşıl kreditlər və dayanıqlı maliyyə alətləri ilə bazara dəstək verməlidir.
“Azərbaycanda prioritet istiqamətlərin maliyyələşdirilməsində dövlət dəstəyi üzrə uğurlu təcrübəni hamımız görürük və bu təcrübəni yaşıl maliyyələşməyə də tətbiq edə bilərik. Bəzi ölkələrin təcrübələrində dövlət qurumları və ya agentliklərinin, eləcə də qeyri-hökümət təşkilatlarının sırf bu məqsədə xidmət edəcək yaşıl banklar təsis etdiklərini də görürük. Azərbaycan üçün isə bu yolda banklara dəstək olacaq yeni bir fondun yaradılması və ya bu rolun cari fondların birinə həvalə edilməsi dayanıqlı maliyyələşmə üçün həlledici addımlardan biri ola bilər”- ABA sədri əlavə edib.
apa