“Nestle”nin gəliri 2,4% azalıb | Banco.az

“Nestle”nin gəliri 2,4% azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük qida və sərinləşdirici içkilər istehsalçısı olan İsveçrənin “Nestle” şirkətinin gəliri yanvar-sentyabr aylarında bir il əvvəlki 68,8 milyard frankdan 2,4% azalaraq 67,15 milyard frank təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Məlumata görə, üzvi satış artımı (alqıların və aktivlərin satışının təsiri, həmçinin valyuta dəyişmələri nəzərə alınmaqla) 2% təşkil edib. Eyni zamanda şirkət öz mallarının qiymətlərini orta hesabla 1,6% artırıb.

"Nestle"nin Şimali Amerikadakı gəlirləri yanvar-sentyabr aylarında 2,6% (18,5 milyard frank), Avropada 1,8% (13,9 milyard frank), Çində 2% (3 55 milyard frank), Asiya, Afrika və Okeaniya üzrə 5,2% (12,54 mlrd. frank), Latın Amerikasında isə 2,3% (8,9 mlrd. frank) azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Tibbi və ixtisaslaşdırılmış qida məhsulları ("Nestle Health Science") seqmentində şirkətin gəlirləri 1,3% artaraq 4,915 milyard frank təşkil edib.

"Nestle" 2024-cü ilin sonuna qədər üzvi gəlirin təxminən 2% artacağını proqnozlaşdırır. Bu ilin əvvəlindən şirkətin kapitallaşması 12%-dən çox (215,6 milyard frank) azalıb.

Qeyd edək ki, "Nestle" portfelinə 188 ölkədə satılan "Nescafe", "Nesquik", "Nestea", "Maggi", "Movenpick", "KitKat", "Gerber", "Gourmet", "Purina", "Friskies", "Perrier", "S.Pellegrino" daxil olmaqla 2 mindən çox brend daxildir. Şirkətin işçilərinin sayı təxminən 270 min nəfərdir.