"Phillips 66" Los-Ancelesdəki neft emalı zavodunu bağlayacaq | Banco.az

"Phillips 66" Los-Ancelesdəki neft emalı zavodunu bağlayacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Kapitallaşmaya görə ABŞ-nin ən böyük müstəqil neft emalı şirkətlərindən biri olan "Phillips 66" 2025-ci ilin sonunda Los-Ancelesdəki neft emalı zavodunu bağlayacağını elan edib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Məlumata görə, bir əsrdən çoxdur fəaliyyət göstərən neft emalı zavodu Kaliforniyadakı bütün emal gücünün 8%-ni təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, zavodun bağlanması təxminən 600 şirkət işçisinə və obyektdə çalışan 300 podratçıya təsir edəcək.

Qeyd olunur ki, neft emalı zavodunun fəaliyyətini dayandırmaq qərarına bazardakı qeyri-müəyyənlik səbəb olub.

"Phillips 66" səhmləri cümə axşamı bazar öncəsi sessiyada 0,35% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 0,6% azalaraq 55,4 milyard dollar təşkil edib.