KOB-ların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində | Banco.az

KOB-ların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində

“Rebuild Karabakh” sərgisində dövlət dəstəyi hesabına KOB-lar üçün ayrılmış xüsusi stenddə 9 sahibkarlıq subyektinin məhsul və xidmətləri təqdim olunur.

Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Sərgisi (“Rebuild Karabakh”) keçirilir.

Sərgidə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu dəfə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə KOB-lar üçün ayrıca stend qurulub. Stenddə 9 KOB subyektinin sənaye məhsulları, inşaat, tikinti materialları, istehsalat avadanlıqları, işçi geyimləri və müxtəlif xidmətlər təqdim edilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, KOBİA-nın stendində Qarabağda biznes və investisiya imkanları, bölgənin potensialı, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları, sahibkarlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verilir.

Qeyd edək ki, “Rebuild Karabakh” Sərgisi oktyabrın 17-də başa çatacaqdır.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et