“Stellantis” 21 min avtomobili geri çağırır | Banco.az

“Stellantis” 21 min avtomobili geri çağırır

Müəllif:Ayşən İmanova/Banco.az 

Avtomobil istehsalçısı “Stellantis” əyləc pedalında yaranan problemə görə ABŞ-də 21 min avtomobilini geri çağırır.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, problem 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər istehsal edilən 17 min “Dodge Hornet” və 4 mindən çox “Alfa Romeo Tonale” avtomobillərində baş verə bilər.

“Stellantis” problemlə əlaqəli 12 hadisə müəyyən edib. Şirkət pedal dizaynına əlavə bolt əlavə etməklə problemi aradan qaldırmaq niyyətindədir.