ABŞ Ukraynaya 425 milyon dollar dəyərində silah paketi ayırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində silah paketi ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya ümumi məbləği 425 milyon dollar olan yeni silah paketinin ayrılmasını elan edib.

Banco.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Bu gün Prezident Ukraynaya 425 milyon dollar məbləğində hərbi yardım paketinin verilməsini elan edib. Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yer-hava sinifli döyüş sursatları, zirehli texnika və Ukraynanın təxirəsalınmaz ehtiyaclarını ödəmək üçün zəruri olan kritik əhəmiyyətli döyüş sursatları daxildir”, - deyə qeyd olunub.