Müəllif: Tamara Mustafayeva, Banco.az
“LVMH” şirkətinin satışları pandemiyanın baş verdiyi 2020-ci ildən bəri ən pis performans göstərib.
Banco.az xəbər verir ki, lüks mallar nəhəngi “LVMH”nin satışları Çin istehlakçılarının tələbinin azalması səbəbindən azalıb.
“Louis Vuitton”, “Tiffany & Co” və “Sephora” kimi markaların daxil olduğu “LVMH”nin satışları 5 faiz azalıb. Analitiklər cüzi artım gözləyirdilər.
Bu, dünyanın karantin elan etdiyi 2020-ci ilin ikinci rübündən bəri qrupun ən pis rüblük göstəricisi olub.
Ümumilikdə isə qrupun satışları 3 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!