Müəllif:Ayşən İmanova/Banco.az
Almaniyanın metallurgiya və elektrik sənayesi işəgötürənləri həmkarlar ittifaqı “Gesamtmetall” yaxın beş ildə 300 minə qədər iş yerinin ixtisar oluna biləcəyini təxmin edir.
Banco.az xəbər verir ki, bunu “Gesamtmetall”un prezidenti Ştefan Volf “Funke” media qrupuna müsahibəsində deyib.
“Mən gözləyirəm ki, növbəti beş il ərzində biz metal və elektrik sənayesində 250 min ilə 300 min arasında iş yeri itirə bilərik” - deyə o vurğulayıb.
Eyni zamanda, Volf işçi çatışmazlığının olduğunu qeyd edib: “Bu baxımdan, iş yerlərinin ixtisarına baxmayaraq, daha çox işləməli olacağıq”.