Fransanın 2024-cü ildə Ukraynaya hərbi yardımı 2 milyard avronu keçəcək | Banco.az

Fransanın 2024-cü ildə Ukraynaya hərbi yardımı 2 milyard avronu keçəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Fransanın 2024-cü ildə Ukraynaya hərbi yardımı 2 milyard avronu keçəcək, lakin fevralda Paris və Kiyev arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişində nəzərdə tutulan 3 milyard avroya çatmayacaq.

Banco.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Milli Assambleyanın (parlamentin aşağı palatası) müdafiə komissiyasında dinləmələr zamanı deyib.

Ən sərfəli kredit üçün müraciət et

“2024-cü ilin əvvəlində bu yardımın 3 milyard avroya qədər artacağına dair siyasi qərar qəbul edildi, reallıqda bu, 2 milyard avronu keçəcək, lakin 3 milyard avroya çatmayacaq”, - deyə o bildirib.

Nazir əlavə edib ki, Kiyevə dəstəyin artırılması digər məsələlərlə yanaşı, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi hesabına təmin ediləcək.